Liqa 1-lə bağlı daha bir sürpriz qərar

Fransada koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılan Liqa 1-in 2019/20 mövsümü ilə bağlı qərarlardan birində dəyişiklik edilib.
 
Newsport.az xəbər verir ki, Liqa 1 rəhbərliyi mövsümün başa çatdırıldığını elan edərkən son sıralarda qərarlaşmış “Tuluza” və “Amyen” klublarının elitanı tərk etdiyini və növbəti mövsümü Liqa 2-də keçirəcəyini açıqlamışdı.
 
Lakin Fransanın Dövlət Şurası bu qərarı ləğv edib. Sözügedən klubların, eləcə də avrokuboklara vəsiqə qazana bilməyən Lion “Olimpik”inin birgə etirazı nəticə verib. Fransa hökuməti “Tuluza” ilə “Amyen”in elitanı tərk etməsinə dair qərara yenidən baxılmasını tələb edib, hətta onların Liqa 1-də saxlanılmasını tövsiyə edib. Lakin Lion “Olimpik”inin mövsümün bərpası və qaldığı yerdən davam etdirilməsi ilə bağlı tələbi rədd edilib.
 
Xatırladaq ki, Liqa 1-də rəqiblərindən böyük fərqlə öndə olan lider PSJ 2019/20 mövsümünün qalibi elan edilib. “Tuluza” və “Amyen” elitada qalsa, Liqa 2-dən də gələcək iki klubun iştirakı ilə növbəti mövsümdə Liqa 1-də 22 komanda mübarizə aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right