Kante "Çelsi"də məşqə çıxmaqdan imtina etdi

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante koronavirusa yoluxmaq qorxusundan məşqə çıxmayıb. Newsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, fransalı futbolçu çərşənbə axşamı komanda ilə çalışmalara qoşulsa da, bir gün sonra hazırlıqdan imtina edib.

Bildirilir ki, London təmsilçisinin baş məşqçisi Frank Lampard 28 yaşlı futbolçunun bu qərarını anlayışla qarşılayıb. Premyer Liqada yeni qaydalara görə, klublar koronavirusa yoluxmaqdan ehtiyat edən oyunçuları məşqə çıxmağa məcbur edə bilməzlər.

Kante cari mövsüm "Çelsi"də 18 oyun keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right