Oğuzhan "Beşiktaş"a qayıdır

"Beşiktaş"ın "Feyenoord"a mövsümün sonuna qədər icarəyə verdiyi Oğuzhan Özyakup İstanbul təmsilçisinə geri dönəcək.

Newsport.az xəbər verir ki, Niderlandda mövsüm ləğv edildiyi üçün türk futbolçu Rotterdam təmsilçisinin heyətində meydana çıxmayacaq.

"Qara qartallar"ın baş məşqçisi Sərgən Yalçınla danışan 27 yaşlı yarımmüdafiəçi komandaya qayıtmağa hazır olduğunu bildirib.

Niderlandın Zandam şəhərində doğulan Oğuzhan "AZ Alkmaar"ın yetirməsidir. O, "Beşiktaş"a 2012-ci ildə "Arsenal"dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right