A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi

İtaliyanın A seriyasının 9 klubu məşqlərin mayın 18-də bərpa olunmasından imtina edib. Newsport.az xəbər verir ki, buna klubların liqanın tətbiq edəcəyi tibbi prosedurlardan narazılığı səbəb olub.
 
Məlumata görə, “Milan”, “İnter”, “Napoli”, “Fiorentina”, “Kalyari”, “Atalanta”, “Verona”, “Sampdoriya” və “Cenoa” tibbi protokolda yer alan şərtlərdən narazıdır. Belə ki, qoyulan şərtə əsasən əgər klubun bir futbolçu və ya əməkdaşında koronavirus aşkarlanarsa. bütün komanda 15 günlük karantinə yollanmalıdır.
 
İtaliya klubları məşq prosesinin Bundesliqa nümunəsi ilə bərpa olunmasını istəyir. Almaniyada yalnız koronavirusa yoluxan karantinə yollanır, digərləri isə müvafiq testdən keçir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right