"Qalatasaray"da növbəti yoluxma Məşqlər dayandırıldı

“Qalatasaray” klubunun bir üzvündə koronavirus aşkarlanıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bütün heyət üzvlərindən və işçilərdən götürülən testlər nəticəsində klubun bir əməkdaşında koronavirus aşkarlanıb.

Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb. Komandanın məşqləri isə 6 günlük dayandırılıb.

Qeyd edək ki, “Qalatasaray”da daha əvvəl Fatih Terim, klubun vitse-prezideni Abdurrahim Albayrak və klub prezidentinin köməkçisi Yusuf Günay  koronavirusa yoluxmuş, daha sonra isə sağalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right