"Barselona" Martineslə anlaşdı

"Barselona" Lautaro Martineslə razılığa gəlib. Newsport.az xəbər verir ki, bu barədə “Sportİtalia” nəşri məlumat yayıb.

Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir. Kataloniya klubunun argentinalı futbolçuya illik 13 milyon avro ödəcəyi qeyd edilib.

Klub rəhbərliyi “İnter”lə də danışıqları davam etdirir. Oyunçunun ayrılmaq istəməsi transferin yaxın vaxtda yekunlaşacağı ehtimalını artırır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right