"Orlando Payret" və ABŞ-ın qadınlar millisinin hücumçusu Aleks Morqan ilk dəfə ana olub.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu bu barədə "Instagram" hesabında məlumat verib. Xanım futbolçu qız övladına Çarli Elena adının verildiyini qeyd edib.
Morqan "Lion"la Çempionlar Liqasının qalibi olub. O, ABŞ millisində 2 dəfə dünya çempionluğu yaşayıb.