"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi aşağı liqa təmsilçisi "Gölcükspor"un yarımmüdafiəçisi İsmail Yükseki transfer edib. 21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, gənc futbolçu bu mövsüm 26 oyuna 8 qol vuraraq komandasının bombardiri olub.