“Fənərbaxça”da bir nəfərdə koronavirus aşkarlandı, məşq ləğv olundu

Türkiyənin “Fənərbaxça” klubu yenicə bərpa etdiyi məşqləri dayandırmaq məcburiyyətində qalıb.
 
Newsport.az xəbər verir ki, buna klubun işçilərindən birində koronavirus aşkarlanması səbəb olub.
 
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bunlar qeyd olunub:
 
“Klubumuz tərəfindən Samandıra Can Bartu bazasında mayın 5-də futbolçu, məşqçi heyəti və digər işçilərimizdən koronavirus testi götürülmüşdü. İlk testlərin bizə təqdim olunan nəticələrinə görə, Samandırada çalışanlarımızdan birinin analizinin nəticəsi pozitiv çıxıb. Daha bir işçimizdə də koronavirus olması şübhəsi yaranıb. Bu üzdən də onların hər ikisinin səhhəti detallı şəkildə nəzarətə götürülüb. Mayın 8-də onlardan təkrar koronavirus testi götürüləcək. Bununla əlaqədar, komandamızın mayın 8-nə nəzərdə tutulan məşqi ləğv olunub”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right