UEFA avrokuboklar üçün Türkiyəni düşünür

UEFA avrokubokların yarımfinal görüşlərini İstanbulda keçirə bilər. Newsport.az “Fanatik”ə istinadən xəbər verir ki, qrum rəhbərliyi bununla bağlı TFF-yə müraciət edib.

Məlumata görə, avqustda başa çatması planlaşdırılan avrokubok görüşləri üçün bir neçə variant nəzərdən keçirilir. Ehtimallardan biri də Çempionlar Liqası və Avroliqanın yarımfinal oyunlarını Türkiyədə keçirməkdir.

UEFA-nın bununla bağlı TFF-yə müraciət etdiyi də bildirilir. Türkiyə Futbol Federasiyası isə buna hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, ÇL-nin 2019-20 mövsümün  finalı da İstanbulda oynanılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right