"Qalatasaray" məşqləri bərpa etdi

"Qalatasaray"  koronavirus pandemiyasına görə ölkədə elan olunmuş karantin rejimi dövründə ilk dəfə məşqə çıxıb. Newsport.az xəbər verir ki, "sarı-qırmızılılar" bu gün öz bazasında hazırlıqları bərpa edib.

Məlumata görə, futbolçular 4 nəfərlik qruplar şəklində məşq ediblər. Oyunçular arasında sosial məsafə tətbiq edilib. Hazırlıqda Fernando Muslera, Okan Koçuk, Markao, Marselo Saraççi və Florin Andone iştirak ediblər. Braziliyalı digər müdafiəçi Mariano isə zalda fərdi çalışıb.

Qeyd edək ki, Türkiyədə liqaların martın 19-da dayandırılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right