Super Liqada daha üç klub məşqləri bərpa etdi

Bu gün Türkiyə Super Liqasında mübarizə aparan daha üç klub məşqləri bərpa edib.

Newsport.az xəbər verir ki, koronavirus pandemiyasına görə hazırlığa məcburi fasilə verən “Alanyaspor”, “Konyaspor” və “Trabzonspor” da bu gündən etibarən məşqlərə başlayıblar.

Hələlik futbolçular sosial məsafəni qorumaqla, xüsusi qruplar halında hazırlıq keçirlər.

Qeyd edək ki, bu gün “Fənərbaxça” da məşqlərə başladığını açıqlamışdı. Daha öncə isə “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” məşqləri bərpa etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right