"Fənərbağça" da məşqləri bərpa etdi

"Fənərbaxça" koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları bu gün klubun bazasında yüngül məşq ediblər.

Onların fərqli soyunub-geyinmə otaqlarından yararlandıqları və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəldiyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Superliqa təmsilçilərindən “Beşiktaş”, "Denizlispor", “Göztəpə”, “Kasımpaşa” və “Qaziantep” də məşqlərə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right