Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar, 8 yaşlı suriyalı əlil uşağın onun “Santos”dakı formasıyla çəkdiyi videoya cavab verib.
Newsport.az xəbər verir ki, braziliyalı hücumçu, sosial şəbəkə vasitəsiylə Hamisə mesaj göndərib. Neymar mesajında bunları qeyd edib:
“Salam, Hamis. Məni dəstəklədiyin üçün təşəkkürlər, qəlbim səninlə və ailənlədir. Tanrı sizi qorusun, hələlik”.
Protez ayaqları olsa da, futboldan ayrıla bilmədiyini deyən Hamis, bir gün Neymarla tanış olmaq istəyir: “Ümid edirəm ki, məktəbi bitirərəm və Neymarla tanış olaram. İnşallah, ailəm də buna kömək edəcək. Neymara çox təşəkkür edirik”.