Fransa çempionatının oyunlarını yayımlayan “Canal+” telekanalı Liqa 1-lə əməkdaşlığı dayandırıb.
Newsport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Tərəflər arasında olan müqavilənin pozulmasına səbəb, koronavirusa görə Liqa 1-in erkən yekunlaşdırılması olub.
“Canal+” və “beİN Sports” şirkəti Fransa Peşəkar Futbol Liqasına (LFP) ödəməli olduqları 243 milyon avronu verməkdən imtina edib.
Koronavirusa görə erkən yekunlaşdırılan Liqa 1-də PSJ çempion elan olunub.