“France Football” nəşri koronavirusa görə erkən yekunlaşdırılmış Liqa 1-də mövsümün rəmzi komandasını açıqlayıb.
Newsport.az xəbər verir ki, çempion elan edilən PSJ-dən 5 futbolçu rəmzi heyətdə yer alıb:
Qapıçı: Predqar Raykoviç (“Reyms”)
Müdafiəçilər: Amari Traore, Fetu Mauassa (“Renn”), Tiaqo Silva (PSJ), Yunis Əldulhamid (“Reyms”)
Yarımmüdafiəçilər: Marko Verratti, Anxel Di Maria (PSJ), Eduardo Kamavinqa (“Renn”)
Hücumçular: Kilian Mbappe, Neymar (PSJ), Vissam Ben-Yedder (“Monako”).