“Bavariya” baş məşqçisi ilə müqavilə yenilədi

Almaniyanın “Bavariya” klubu baş məşqçi Hansi Fliklə yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin 30 iyun tarixiə qədər uzadılıb.

Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Hansi Flik “Bavariya”nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right