Fransanın PSJ klubunun koronavirus pandemiyası səbəbiylə futbolçuların məvacibini azaltmaq istədiyini xəbər vermişdik.
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu, futbolçularla danışıqlara başlayıb.Lakin komanda üzvləri məvaciblərin azaldılmasına razı olmayıb.
Klubun idman direktoru Leonardonun futbolçular Markinyos və Tyaqo Silva ilə məvaciblərin 20-30 faiz azaldılması ilə bağlı danışıqlar apardığı, lakin müdafiəçilərin komanda adından bu təkliflə razılaşmadıqları bildirilir.
Tərəflər arasında danışıqların davam etdiyi və klub prezidenti Nasser Əl-Xələfinin futbolçuların razılaşacağına ümid etdiyi deyilir.