Fransada çempionatın bərpası üçün tarix açıqlandı

Fransada koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış çempionatların taleyinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Liqa 1 və Liqa 2-nin təşkilat komitəsi bu mövsümün bərpası ilə bağlı planlarını müəyyənləşdirib.

Fransa mətbuatının iddiasına görə, təşkilatçılar Liqa 1-də mövsümü iyunun 17-də bərpa etmək və iyulun 25-də tamamlamaq istəyirlər. Bu plan baş tutsa, 2020/21 mövsümünə də avqustun 22-də start verilməsi nəzərdə tutulub.

Bu planların rəsmiləşməsi üçün karantinlə bağlı yeni qərarın gözlənildiyi bildirilib. Məsələ burasındadı ki, ölkə rəhbərliyinin tətbiq etdiyi karantin müddəti mayın 11-də başa çatacaq. Karantin qaydaları həmin tarixdə başa çatsa, komandalar iyunun 17-də keçiriləcək ilk oyunlara hazırlaşmağa başlaya biləcəklər.

Qeyd edək ki, martın 10-dan etibarən dayandırılan Fransa çempionatında mövsümün başa çatmasına 10 tur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right