İtaliyanın “Sampdoriya” klubunda koronavirusa yoluxan bütün futbolçular sağalıb.
Newsport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri yerli mətbuata açıqlamasında deyib.
O, koronavirus testi müsbət çıxan futbolçuların tamamilə sağaldığını, mütəmadi olaraq nəzarətdə qalacaqlarını bildirib.
“Sampdoriya”da komandanın 15 üzvünün koronavirusa yoluxduğu açıqlanmışdı.