Fransa Liqa 1-də hazırkı mövsüm iyulun 25-də yekunlaşacaq, gələn mövsüm isə avqustun 23-də başlayacaq.
Newsport.az-ın "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Peşəkar Futbol Liqası qərar qəbul edib.
Digər idman yarışları kimi, Liqa 1 də koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. 29 turdan sonra ehtiyatda bir oyunu olan PSJ 68 xalla liderdir. 12 xal geridə olan "Marsel" isə ikinci yerdə gedir.