“Çelsi” Kante ilə bağlı qərar verdi

İngiltərənin “Çelsi” klubu futbolçusu Nqolo Kante ilə bağlı qərarını verib.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” 29 yaşlı yarımmüdafiəçini satmağa qərar verib.

Klub uyğun məbləğ qarşılığında Kantenin komandadan ayrılmasına razı olacaq. London klubu mövsümün sonunda yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

2016-cı ildən “Çelsi”dən çıxış edən fransalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Onun “Real” və PSJ-nin hədəfində olduğu bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right