Koronavirusa yoluxan klubun həkimi intihar etdi

Fransanın “Reyms” klubunun həkimi Bernard Qonzales koronavirusa yoluxduğu üçün intihar edib.
 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, o, testləri müsbət çıxdığı üçün həyatla vidalaşmağa qərar verib.

 

60 yaşlı həkim intihardan öncə məktub da yazıb. Məktubda yazılanlarla bağlı məlumat verilməyib.

 

Klubun prezidenti Jan-Pyer Kailott Bernard Qonsalesin ölümü ilə bağlı klubun saytına bunları deyib:

 

"Bu xəbərə inana bilmirik. Koronavirus "Reyms" stadionunun ürəyinə hücum etdi. Bizi böyük idman mütəxəssisi tərk etdi. O, 20 ildən çox klubumuzda böyük peşəkarlıqla, ehtirasla və hətta fədakar şəkildə çalışdı. Həkim Qonsales klubumuzun ağır dönəmlərində könüllü olaraq pulsuz işləməyə davam edib. O, mənim şəxsi həkimim idi. Ailəsinə başsağlığı verirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right