Çernaqoriya - Rusiya matçında qalmaqal: oyun dayandırıldı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində az öncə başlayan Çernaqoriya - Rusiya matçı hakimin start fitindən sonra dayandırılıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb Çernqaoriya millisinin azarkeşlərinin Rusiyanın qapıçısı Akinfeyevin başına fişəng atması olub. Nəticədə qapıçı zədələnib. Həkim muayinəsindən sonra qapıçı paltardəyişmə otağına yollanıb. Bu zaman isə hər iki tərəfin azarkeşləri arasında insident baş verib. Nəticədə matçın baş hakimi oyunu dayandırıb və komandalar hazırda paltardəyişmə otağında referinin verəcəyi qərarı gözləyirlər. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right