Fransanın "Renn" klubu hücumçusu Diafra Sako ilə yolları ayırıb.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Seneqal millisinin üzvü 2018-ci ildə "Vest Hem"dən "Renn"ə keçmişdi. 30 yaşlı oyunçu ötən mövsüm icarə əsasında "Bursaspor"da çıxış etmişdi.