"Arsenal"ın futbolçusu Bundesliqa klubuna keçir agenti açıqladı

“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını Almaniyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, isveçrəli yarımmüdafiəçi “Herta” klubu ilə anlaşıb. Cakanın meneceri Xose Naqer Berlin təmsilçisi ilə razılaşdıqlarını bildirib. O, klubların transfer qiymətini həll etdikdən sonra keçidin rəsmiləşəcəyini deyib.

27 yaşlı futbolçu 2016-cı ildən "topçular"da çıxış edir. İsveçrə millisinin üzvü daha öncə Bundesliqada Münhenqladbax "Borussiya"sında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right