Fransa Liqasının 15-ci turunda bu gecə keçirilməli olan "Monako" - PSJ oyunu təxirə salınıb.
Newsport.az-ın Fransa Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Qarşılşmanın hansı günə keçiriləcəyi daha sonra müəyyənləşəcəyi bildirilib.
Qeyd edək ki, PSJ hazırda 33 xalla 1-ci, "Monako" 18 xalla 14-cüdür.