Ronaldo "Yuventus"dan ayrıla bilər

Kriştiano Ronaldo mövsümün sonunda "Yuventus"dan ayrıla bilər.

 

Newsport.az xəbər verir ki, 34 yaşlı ulduz Çempionlar Liqasının qalibi olsalar, Turin klubunda qala bilər. Əks halda Ronaldo "Mançester Yunayted”ə dönməyə çalışacaq.

 

Maurisio Sarri ilə problemi olan Ronaldo "Yuventus"dan bu gedişlə ayrılmaq istəyəcək. Son iki oyunda erkən əvəzlənən futbolçu stadionu matç bitməmiş tərk edib.

 

Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right