“İlk oyunlar həmişə çətin keçir. Oyunçularım üzərində təzyiq var idi. Çalıdıq bunu aradan qaldıraq. İstəyimizə çatdıq və yaxşı nəticəyə nail olduq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiyanın U-17 millisinin baş məşqçisi Dario Başiç deyib.
Xorvat mütəxəssis millimizi 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə bunları deyib: “Azərbaycanın İsveçrə ilə oyununa baxmışdıq. Bilirdik ki, cinahdan ötürülən toplarda çətinlik çəkirlər. Ona görə də bu gün də məhz cinah ötürmələrinə üstünlük verirdik”.(Futbolxeber.az)