Fransa Futbol Federasiyanın prezidenti Noel Le Qred "Real"ın hücumçusu Kərim Benzemanın milliyə qayıtmayacağını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, qurum rəhbəri 31 yaşlı forvardın yığma karyerasının başa çatdığını deyib:
"Kərimin performansı ilə bağlı narazılıq etməmişik, o, əla oyunçudur. "Real"dakı oyunu ilə lazımlı futbolçu olduğunu təsdiqləyir. Milli komandaya geri dönüşünə gəlincə, bu, mümkün deyil. Onun yığma karyerası aşa çatıb".
Kərim Benzema "Olimpiakos"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilmişdi. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb.