"Bavariya"da ciddi itki

“Bavariya” ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Münhen klubunun müdafiəçisi Jerom Boatenq Almaniya Futbol İttifaqı tərəfindən 2 oyunluq cəzalandırılıb.

Buna 30 yaşlı futbolçunun Bundesliqanın son turunda Frankfurt “Ayntraxt”ı ilə səfər oyununda birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Almaniyalı futbolçu Dortmund “Borussiya”sı və “Fortuna” ilə oyunları buraxmalı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right