"Bakı"nın sabiq futbolçusu "Skonto"da

"Bakı"nın keçmiş futbolçusu Mindauqas Kalonasın yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, litvalı futbolçu karyerasını qonşu Latviyada davam etdirəcək.

31 yaşlı yarımmüdafiəçi "Skonto" ilə müqavilə imzalayıb. Təcrübəli oyunçu qarşıdakı 1 ili sözügedən komandada keçirəcək.

2013/2014 mövsümündə "Bakı"da çıxış edən Kalonas keçirdiyi 13 oyunda 5 qol vurub. O, daha öncə "Rəvan"ın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right