Rusiyanın "Lokomotiv" klubundan ayrılan Manuel Fernandeş Türkiyə təmsilçisi "Beşiktaş"la anlaşıb.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Portuqaliyalı futbolçunun illik maaşı 1,1 milyon avro olacaq.
"Benfika"nın yetirməsi Fernandeş 2011-2014-cü illərdə "Beşiktaş"da oynayıb. O, 2014-cü ildə "Lokomotiv"ə keçmişdi.