"Beşiktaş" "Lill"in futbolçusunu icarəyə götürdü

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Lill" klubundan Tiaqo Mayanı satın alma şərti ilə icarəyə götürüb. "Qara qartallar" braziliyalı yarımmüdafiəçini 10 milyon avroya transfer etmək hüququna sahib olacaq.

"Lill" 22 yaşlı futbolçunu 2017-ci ildə "Santos"dan 14 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right