Aleksis Sançes "İnter"ə keçir

"Mançester Yunayted"in vingeri Aleksis Sançes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

 

Newsport.az "Sky Italia"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın çilili ulduzu "İnter"lə böyük ölçüdə anlaşıb. Xəbərdə Milan klubunun "Mançester Yunayted"ə icarə təklifi göndərdiyi və tərəflərin tezliklə bütün şərtlərdə anlaşacağı vurğulanıb.

 

2022-ci ilin yayına qədər "Mançester Yunayted"lə müqaviləsi olan 30 yaşlı futbolçu ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right