Emeqara debütdə dubl etdi

Türkiyə I Liqasında yeni mövsümə start verilib.

 

Newsport.az xəbər verir ki, çempionata yeni vəsiqə qazanan "Karagümrük" evdə ötən mövsüm Super Liqa ilə vidalaşan "Bursaspor"u 3:1 hesabı ilə məğlub edib.

 

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılıb, "Karagümrük"ə keçən İnnosent Emeqara debüt matçında komandasının qələbəsində böyük pay sahibi olub. Nigeriya əsilli isveçrəli forvard rəqibə qırmızı vərəqə aldırıb və iki qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right