Milli komandamızın və "Neftçi"nin sabiq üzvü Ruslan Qurbanov yeni komandası "Hayduk"da debüt edib.
Newsport.az-ın məlumatına görə, gənc hücumçu Xorvatiya kubokunun "Vinoqradar"la matçında iştirak etmək hüququ qazanıb. O, ikinci yarıda meydana daxil olaraq "Hayduk"da debüt şansı əldə edib.
Qarşılaşma "Hayduk"un 3:0-lıq qələbəsi ilə yekunlaşıb.