PSJ-dən ayrılan Dani Alveşin yeni klubu məlum olub.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 36 yaşlı müdafiəçi "San-Paulu"ya transfer olub. Klub saytının məlumatına görə, təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb. Braziliya millisinin üzvü yeni klubunda 10 nömrəli forma altında çıxış edəcək.
Alveş "Bahia", "Sevilya", "Barselona", "Yuventus" və PSJ klublarında çıxış edib.
