Ramil Şeydayevə kamerunlu rəqib - 5,5 milyonluq transfer

Rusiyanın "Dinamo" klubu hücumçu transferi reallaşdırıb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi Fransanın "Marsel" klubunun hücumçusu Klinton Njeni transfer edib. Bu keçid üçün paytaxt klubu 5,5 milyon avro təzminat ödəyib. 25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Kamerun yığmasının üzvünə 9 nömrəli forma verilib.

 

"Marsel" Klinton Njeni 2017-ci ildə "Tottenhem"dən 7 milyon avroya transfer etmişdi. Lononlular kamerunlu forvardı 2015-ci ildə "Lion"dan 12 milyon avro qarşılığında rənglərinə bağlamışdı.

 

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının ilk iki turunda qol vura bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right