"Atalanta"dan 18 milyon avroluq transfer

İtaliyanı Çempionlar Liqasında təmsil edəcək "Atalanta" yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Berqamo təmsilçisi İspaniyanın "Sevilya" klubundan Luis Murieli transfer edib. A Seriya klubu bu keçid üçün 18 milyon avrosundan keçib. Kolumbiya millisinin üzvüylə 4 illik müqavilə imzalanıb.

28 yaşlı forvard ötən mövsümün ikinci yarısını icarə əsasında "Fiornetina"da keçirib. Muriel florensiyalıların heyətində 19 oyuna 6 qol vurub.

Qeyd edək ki, "Sevilya" Murieli 2017-ci ildə "Sampdoria"dan 20 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right