"Qalatasaray" Luyindamanı birdəfəlik aldı

"Qalatasaray" bu ilin qışında Belçikanın "Standart" klubundan satın alma şərtiylə icarəyə götürdüyü Kristian Luyindamanın transfer hüququna yiyələnib.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu 3 milyon avro ödəyərək icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edib. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Luyindama 2017-ci ildən "Standart"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right