Fransanın PSJ klubunun hücumçusu Edinson Kavani gələcək karyerasından danışıb.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı forvard Paris klubunda qalmaq istədiyini deyib: "Bu klubu və şəhəri sevirəm. Ailəmlə birgə burda xoşbəxtəm. Onsuz da müqaviləm davam edir. Gələn mövsüm də PSJ-də olacam".
Uruqvay millisinin üzvünün PSJ ilə müqaviləsi gələn mövsümün sonuna qədərdir. Kavani bu mövsüm 31 oyuna 22 qol vurub, 8 assist edib.