2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının vaxtı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, dünya futbolu tarixində ilk dəfə olaraq bu turnirin matçları noyabr-dekabr aylarında keçiriləcək.
Buna FİFA-nın bu gün Dohada keçirdiyi iclasda qərar verilib. Bu günə kimi dünya çempionatının qarşılaşmaları yay aylarında keçirilirdi.
"DÇ-2022"nin finalının dekabrın 23-ü keçiriləcəyi nəzərdə tutulub.
Dünyanın ali futbol qurumu 6 konfederasiyasının bu qərara tam dəstək verdiyini açıqlayıb.
FİFA-nın bu qərarı 19-20 mart tarixlərində İsveçrənin Surix şəhərində keçiriləcək FİFA İcraiyyə Komitəsinin iclasında bir daha müzakirə olunacaq.