Türkiyə 1-ci liqasında 31-cu turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” səfərdə “Qazişəhər Qaziantep”lə 2:2 hesablı heç-heçə edib.
Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi fasilədə əvəzlənib. Kökcü komandasının vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi olub.
“Girəsunspor” 30 xalla 15-ci pillədə qərarlaşıb.