Millinin hücumçusu avtomobil qəzası keçirdi, özünə heç nə olmadı

“Fiorentina”nın hücumçusu Federiko Kyeza avtomobil qəzası keçirib.

Newsport.az saytının məlumatına görə, hadisə Florensiyada baş verib.

21 yaşlı futbolçu öz avtomobili ilə hərəkətdə olarkən motosikletlə toqquşub. Qəza zamanı futbolçunun özünə heç nə olmasa da, motosikletin sürücüsü xəstəxanaya götürülüb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Ötən ildən İtaliya yığmasının da formasını geyinən Kyeza 2016-cı ildən "Fiorentina"nın əsas komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right