PSJ-dən "Mançester Yunayted"in futbolçusuna təklif

Fransanın PSJ klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Herreranı transfer hədəfinə alıb.

Newsport.az saytının məlumatına görə, Paris klubu mövsümün sonunda komandadan ayrılacaq Adrien Rabyönün boşluğunu doldurmaq üçün ispan futbolçuya göz dikib. Məlumata görə, paytaxt klubu 29 yaşlı yarımmüdafiəçiyə həftəlik 173 min funt-sterlinq maaş təklif edib. Herreanın bu təklifə müsbət baxdığı iddia edilir.

Qeyd edək ki, "Mançester Yunayted" Herreranı 2014-cü ildə "Atletik"dən 36 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right