Mirça Luçesku yenidən Türkiyədə çalışa bilər.
Newsport.az saytının məlumatına görə, “Beşiktaş” mövsümün sonunda komandadan ayrılacaq Şenol Günəşi rumıniyalı mütəxəssislə əvəzləmək istəyir.
Danışıqların bir müddətdir aparıldığı bildirilir. Luçeskunun oğlu Razvan Luçesku da komandaya dəvət edilib. Ona atasının köməkçisi olması təklif edilib.
Luçesku 2002-2004-cü illərdə də “Beşiktaş”da çalışıb. Türkiyə millisindən ayrılan Luçeskunu Şenol Günəş əvəzləyib.