UEFA Kuarejmanı cəzalandırdı

UEFA "Beşiktaş"ın futbolçusu Rikardu Kuarejmanı cəzalandırıb.

Newsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində keçirilən "Beşiktaş" - "Malmö" matçında (0:1) qırmızı vərəqə alan portuqaliyalı ulduz futbolçu üç oyunluq cəza alıb. 

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi sözügedən matçda rəqibə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə almışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right