Seneqallı hücumçu rəsmən "Qalatasaray"da

"Qalatasaray" hücumçu transfer reallaşdırıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Kasımpaşa"nın hücumçusu Mbaye Dianeni transfer edib. "Sarı-qırmızılar" bu keçid üçün 10 milyon avrosundan keçib. "Qalatasaray" mövsümün sonunda Super Liqanın qalibi olsa, qarşı tərəfə daha 3 milyon avro bonus ödəyəcək.

Qeyd edək ki, Diane ötən ildən "Kasımpaşa"da oynayır. Seneqal millisinin üzvü cari mövsüm Super Liqada 17 oyuna 20 qol vurmaqla çempionatın bombardiridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right