Dmitri Nazarov "Aue"ni Qazaxıstan klubuna dəyişir?

Almaniya II Budensliqa təmsilçisi "Aue"də çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov klubunu dəyişə bilər. 

Newsport.az-ın məlumatına görə, 28 yaşlı ön xətt oyunçusunun doğulduğu ölkə - Qazaxıstanda oynamaq şansı yaranıb. Onun xidmətində Premyer Liqa təmsilçisi "Kayrat" klubu maraqlıdır.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, yarımmüdafiəçi yaxın günlərdə "Kayrat"ın düşərgəsinə qoşula bilər. Futbolçu özü də Qazaxıstan çempionatında oynamaqda maraqlıdır.

Qeyd edək ki, 2014-cü ildən millimizin formasını geyinən Nazarovun "Aue" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Kayzerslautern" yetirməsi olan Dima "Ayntraxt", "Proyssen" və "Karlsrue" klublarında da çıxış edib.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right